Rasim Balayev vəfat edib

Rasim Balayev vəfat edib
Bölmə adı Xəbərlər
Yayımlandı 29 Mart 2026, 15:42

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev vəfat edib.

Aztəhsil.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Məşhur aktyor Türkiyənin İstanbul şəhərində yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib. O, bir müddətdir səhhətində yaranmış ciddi problemlərlə əlaqədar müalicə alırdı.

Qeyd edək ki, Rasim Balayev ağciyər xərçəngi və şəkər xəstəliyindən əziyyət çəkirdi.

goc.edu.az