İnnovasiya və Rəqəmsal inkişaf agentliyi OYUN yaradıcıları üçün İnkubasiya Proqramına qeydiyyat elan edir

İnnovasiya və Rəqəmsal inkişaf agentliyi OYUN yaradıcıları üçün İnkubasiya Proqramına qeydiyyat elan edir
Bölmə adı Layihələr
Yayımlandı 2 Aprel 2026, 01:47

Proqram çərçivəsində sizi nələr gözləyir?


• Oyun sənayesi üzrə 50-dən çox beynəlxalq ekspertə çıxış
• 3 ay boyunca fərdi (1-ə-1) mentorluq sessiyaları
• Bazara çıxış strategiyası və komanda quruculuğu üzrə peşəkar dəstək
• İdeyadan MVP-yə gedən strukturlaşdırılmış yol xəritəsi

İlk 4 studiya üçün möhtəşəm mükafatlar nəzərdə tutulur:
• “Gamescom Cologne 2026” sərgisinə 2 nəfərlik səyahət
• Pabliserlərlə (naşirlərlə) birbaşa görüş imkanı
• Xsolla-nın monetizasiya və yayım alətlərinə tamamilə pulsuz çıxış
• 12 aylıq xüsusi məsləhət və mentorluq dəstəyi

Kimlər müraciət edə bilər?

Hələ ictimaiyyətə açıqlanmamış yeni bir oyun üzərində işləyən komandalar və orijinal konsepsiyasını həyata keçirməyə hazır olan fərdi yaradıcılar.

Format: hibrid (onlayn + oflayn/Bakı)

Proqramın dili: ingilis dili

Son müraciət tarixi: 14 aprel 2026


Qeydiyyat linki:
//docs.google.com/forms/d/e/1FAIpQLScp7psMJdwPFwXdahT35Y1_Y9T3iX6tvi8HgBUhxYgEpZidMw/viewform

goc.edu.az