Salyan şəhər Nizami Gəncəvi adına tam orta məktəb-in şagirdi BEYNƏLXALQ səviyyəli uğura imza atıb.

Salyan şəhər Nizami Gəncəvi adına tam orta məktəb-in şagirdi BEYNƏLXALQ səviyyəli uğura imza atıb.
Bölmə adı Uğur hekayələri
Yayımlandı 2 Aprel 2026, 10:08

Məlumat redaksiyamıza abituriyent tərəfindən təqdim edilib.Salyan şəhər Nizami Gəncəvi adına 2 saylı tam orta məktəb-in 10-cu sinif şagirdi Fərzəliyeva Nigar Vüsal qızı beynəlxalq səviyyəli uğura imza atıb.

Belə ki, o, AFS Intercultural Programs çərçivəsində təşkil olunan “Global STEM Academies China” proqramına qəbul olunaraq ölkəmizi beynəlxalq platformada təmsil etmək imkanı qazanıb.

Nigar Fərzəliyeva bundan əvvəl də bir sıra uğurları ilə seçilib. O, FISO tərəfindən keçirilən beynəlxalq ingilis dili olimpiadasında bürünc medal qazanıb. Bundan əlavə, Spelling Bee müsabiqəsində 3-cü yerə layiq görülüb, müxtəlif beynəlxalq gənclik konfranslarında fəal iştirak edib.

Gənc məktəbli eyni zamanda Erasmus+ çərçivəsində həyata keçirilən onlayn layihələrdə iştirak edərək Youthpass sertifikatı əldə edib. Onun həmçinin beynəlxalq səviyyədə tanınan IELTS sertifikatı da mövcuddur.

Qeyd edək ki, Nigar Fərzəliyevanın əldə etdiyi bu uğurlar gənclərin beynəlxalq təhsil proqramlarına marağının artdığını və Azərbaycan məktəblilərinin qlobal arenada yüksək nəticələr göstərdiyini bir daha təsdiqləyir.

goc.edu.az