Sahibsiz it beşinci sinif şagirdinə hücum etdi

Sahibsiz it beşinci sinif şagirdinə hücum etdi
Bölmə adı Xəbərlər
Yayımlandı 3 Aprel 2026, 08:13

Biləsuvar rayonunda 10 yaşlı oğlanı it dişləyib.

Aztəhsil.az xəbər verir ki, hadisə Biləsuvar şəhərinin mərkəzində baş verib.

Rayon sakini, 5-ci sinif şagirdi olan 2016-cı il təvəllüdlü oğlan yaşadığı evdən çıxıb məktəbə gedərkən qəfil küçə itinin hücumuna məruz qalıb. Sahibsiz it məktəbliyə ayaq nahiyəsindən xəsarət yetirib.

Şagird Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

goc.edu.az