Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq?

Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq?
Bölmə adı Xəbərlər
Yayımlandı 6 Aprel 2026, 01:38

Dövlət İmtahan Mərkəzi aprelin 5-də keçirdiyi imtahanlarla bağlı açıqlama verib.

Mərkəzdən Aztəhsil.az- a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri 6 həftə ərzində elan olunacaq. Düzgün cavablar isə sabah yerləşdiriləcək.

Eyni zamanda qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə bu gün keçirilən qəbul imtahanının nəticələri 2–3 gün ərzində elan olunacaq.

goc.edu.az