Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, “Bilişim Vadisi” və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə gənclər arasında keçirilən “RoboCode III” robotik kodlama yarışında qalib olublar.
Aztəhsil.az xəbər verir ki, informasiya və kompüter texnologiyaları fakültəsinin 2-ci kurs tələbələri Efşan Sətiyev və Abbas Abusətdarovun təmsil olunduğu “Qızılbaş” komandası 1-ci yeri qazanıb. Efşan Sətiyevin kapitan olduğu komanda yarışmada “Precisiondrop” (Aİ inteqrasiyalı yarı-avtonom yük buraxma dronu) layihəsi ilə çıxış ediblər.
Xatırladaq ki, yarışmada fakültənin digər tələbələri
Robotik kodlama düşərgəsi gənclərin robototexnika, avtomatlaşdırma və avtonom sistemlər sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onların “ROS” (Robot Operating System) ekosisteminə çıxışını asanlaşdırmaq məqsədi daşıyıb.