Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən təşkil olunan 55-ci Beynəlxalq yazı müsabiqəsinə start verilib. Azərbaycanda müsabiqənin rəsmi təmsilçisi və təşkilatçısı “Azərpoçt” MMC-dir.
Bu ilin mövzusu: “Rəqəmsal dünyada insan əlaqələri nə dərəcədə əhəmiyyətlidir?”
Mövzu rəqəmsallaşma fonunda insani ünsiyyətin və emosional bağların əhəmiyyətini ön plana çəkməyə yönəlib.
Yazılar “Azərpoçt” MMC-nin Üzeyir Hacıbəyli küçəsi 72 ünvanında yerləşən İctimaiyyətlə əlaqələr şöbəsinə təqdim edilməlidir.
Əlaqə: [email protected]
Ölkədaxili mərhələ:
1-ci yerin qalibi beynəlxalq mərhələdə Azərbaycanı təmsil edir. Digər qaliblər və iştirakçılar hədiyyə və sertifikatlarla təltif olunur.
Beynəlxalq mərhələ:
Ölkələrdən seçilmiş namizədlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilir. 1, 2 və 3-cü yerlərin sahibləri qızıl, gümüş və bürünc medallarla mükafatlandırılır. Qalibə beynəlxalq tədbirdə iştirak imkanı yaradılır.