Müəllimlərin üzvlük layihəsinin iştirakçısı - Günel Qocayeva

Müəllimlərin üzvlük layihəsinin iştirakçısı - Günel Qocayeva
Bölmə adı Layihələr
Yayımlandı 8 Aprel 2026, 19:32

Mən Qocayeva Günel Fazil qızı, Bakı şəhərində yaşayıram.

1997–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya ixtisası üzrə bakalavr təhsili almışam. 2018–2020-ci illərdə isə Gəncə Dövlət Universitetində Ekologiya mühəndisliyi ixtisası üzrə magistr təhsili almışam.

2007-ci ildən pedaqoji fəaliyyətlə məşğulam. Hal-hazırda Bakı şəhəri 201 saylı tam orta məktəbdə biologiya, təbiət və STEAM müəllimi kimi çalışıram. 19 illik iş təcrübəm var.

Fəaliyyətim dövründə Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan bir çox layihə və müsabiqələrdə iştirak etmişəm. Qrant layihə qalibi, “Biliyini paylaş” layihəsinin qalibi olmuşam, “Yaradıcı müəllim” müsabiqəsində iştirak etmişəm.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Ekologiya layihələri” aylığı çərçivəsində məktəbimizin rayon üzrə I yerə layiq görülməsində fəaliyyətim yüksək qiymətləndirilib.

Peşəkar inkişafım üçün bir çox yerli və beynəlxalq təlimlərdə iştirak etmişəm. Aşağıdakı istiqamətlər üzrə təlimlərdə iştirak etmişəm:

  • “Hədəfdə STEAM 6, 7, 8” beynəlxalq təlim-treninqləri
  • Rəqəmsal bacarıqlar və STEAM üzrə müxtəlif təlimlər
  • Yerli və beynəlxalq konfrans və seminarlar

Microsoft Certified Educator və Microsoft Certified Expert sertifikatlarına sahibəm.

Elmi və yaradıcılıq fəaliyyətim çərçivəsində:

  • Xarici dildə “The Science of Happiness” (“Xoşbəxtlik Elmi”) adlı kitabın müəllifiyəm
  • “Shusha Science Journal” beynəlxalq elmi jurnalında məqalə müəllifiyəm
  • AEM International Scientific Journal-da bir neçə elmi məqaləm dərc olunub
  • Yerli qəzet və jurnallarda müxtəlif məqalələrlə çıxış etmişəm

Məktəbdə fəaliyyətimlə yanaşı:

  • Kiçik Akademiyanın rəhbəriyəm
  • Mentor kimi fəaliyyət göstərirəm
  • Elm festivalları və müxtəlif tədbirlər təşkil etmişəm

Layihə və təlimlərdən qazandığım bilik və bacarıqları həmkarlarımla bölüşür, dərslərimdə tətbiq edirəm. Bunun nəticəsində şagirdlərim arasında fənn müsabiqələri və Respublika Fənn Olimpiadaları qalibləri olmuşdur.

Hal-hazırda EntreComp Training layihəsində iştirak edirəm və təhsildə sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində çalışıram.

Hesab edirəm ki, müəllim yalnız dərs deyən deyil, həm də şagirdi şəxsiyyət kimi formalaşdıran, ona yol göstərən bir insandır.

Devizim:
“Şagirdi dəstəklə, ruhlandır və qanadlandır!”

goc.edu.az