Azərbaycanda gələcəyin mühəndisləri və texnologiya həvəskarları üçün nəzərdə tutulan "Azerbaijan ROV Challenge" (AROVC) yarışına start verilir.
Aztəhsil.az xəbər verir ki, məsafədən idarə olunan pilotsuz sualtı dron və suüstü qayıqların hazırlanması və yarışdırılmasını əhatə edən müsabiqənin əsas məqsədi gənclərdə STEAM biliklərini inkişaf etdirmək, süni intellekt tətbiqlərinə marağı artırmaq və mühəndislik bacarıqlarını gücləndirməkdir.
Müsabiqədə iştirak etmək istəyənlər üçün qeydiyyat artıq açıqdır.
Son müraciət tarixi 24 aprel 2026-cı il saat 18:00-dək müəyyənləşdirilib.
Ətraflı məlumat və qeydiyyat üçün keçid edə bilərsiniz.
Qaydalarla tanış olmaq üçün: //bit.ly/3ObVW1H