Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) müəllimlərə dəstək məqsədilə keçirilən sertifikatlaşdırma prosesinə həsr olunmuş görüşlər davam edir.
Aztəhsil.az xəbər verir ki, paytaxtdakı 263 və 88 nömrəli tam orta ümumtəhsil məktəblərində keçirilən görüşlərdə BŞTİ-nin İnsan resursları sektorunun nümayəndələri Fikrət Süleymanov, Azər Fərzəliyev, Firuzə Həsənova, Aytən Əbilova, 49 nömrəli “İntellekt” məktəb-liseyinin psixoloqu Aysel Məmmədova, tarix, texnologiya, coğrafiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimləri iştirak ediblər.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.