Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkmənistana səfəri çərçivəsində bu ölkənin təhsil nazirinin müavinləri ilə görüşüb.
Aztəhsil.az xəbər verir ki, görüş çərçivəsində hər iki ölkədə son zamanlar təhsil sahəsində aparılan islahatlar haqqında fikir mübadiləsi aparılıb, nəticələr, problemlər, onların həlli yolları ilə bağlı təkliflər, eləcə də təhsil sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.