Astara məktəblisi ölkə çempionatında qızıl medal qazanıb

Astara məktəblisi ölkə çempionatında qızıl medal qazanıb
Bölmə adı Uğur hekayələri
Yayımlandı 13 Aprel 2026, 10:34

Bakı şəhərində keçirilən kros qaçışı üzrə yaz ölkə çempionatında Astara rayonunun təmsilçisi uğurlu nəticə göstərib.

Aztəhsil.az xəbər verir ki, Astara rayonu Kijəbə qəsəbəsi Nail Həsənov adına tam orta ümumtəhsil məktəbinin şagirdi Röyal Miraczadə 2 kilometr məsafəyə kros qaçışı üzrə birinci yeri tutaraq qızıl medala layiq görülüb.

İdmançı yarışa Atletika Federasiyasının Astara rayonu üzrə məşqçisi, beşqat Azərbaycan çempionu, Astara şəhəri Ceyhun Babayev adına 3 nömrəli liseyin fiziki tərbiyə müəllimi Rəşad Əliyevin rəhbərliyi ilə hazırlaşıb.

goc.edu.az