Naxçıvanda BU məktəblərə I sinfə qəbulda prioritet tətbiq olunacaq

Naxçıvanda BU məktəblərə I sinfə qəbulda prioritet tətbiq olunacaq
Bölmə adı Xəbərlər
Yayımlandı 14 Aprel 2026, 12:31

2026–2027-ci tədris ilindən Naxçıvanda uşaqların birinci sinfə qəbulu prosesində sıxlıq müşahidə olunan bəzi ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ tətbiq ediləcək.

Aztəhsil.az xəbər verir ki, bu qayda Naxçıvan şəhərində yerləşən və şagird sıxlığı olan Heydər Əliyev adına tam orta məktəb, həmçinin Naxçıvan Şəhər 5, 7, 8, 10, 11, 12, 14, 15, 16 və 17 saylı tam orta məktəblərdə I sinfə qəbul zamanı nəzərə alınacaq.

Həmin məktəblərə qəbul zamanı aşağıdakı meyarlar əsas götürüləcək:

Uşağın bacı və ya qardaşlarından birinin həmin məktəbdə təhsil alması;
Uşağın valideynlərindən birinin həmin məktəbdə işləməsi.
Bu meyarlara uyğun olan uşaqlara I sinfə qəbul zamanı üstünlük veriləcək.

goc.edu.az