Nazir "Power China" şirkətinin nümayəndə heyəti ilə görüşüb

Nazir "Power China" şirkətinin nümayəndə heyəti ilə görüşüb
Bölmə adı Xəbərlər
Yayımlandı 15 Aprel 2026, 11:34

Elm və təhsil naziri Emin Əmrullayev "Power China" şirkətinin nümayəndə heyəti ilə görüşüb.

Aztəhsil.az xəbər verir ki, görüşdə şirkətin Avrasiya üzrə vitse-prezidenti Tan Syaofen, eləcə də şirkətin Azərbaycan ofisinin rəhbər şəxsləri iştirak ediblər.

Görüş çərçivəsində “Power China” tərəfindən potensial əməkdaşlıq istiqamətləri üzrə təqdimat keçirilib. Daha sonra tərəflər arasında geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

goc.edu.az