Yüksək bal toplayanlar niyə DP-yə qəbul ola bilməyiblər? - SƏBƏB AÇIQLANDI

Yüksək bal toplayanlar niyə DP-yə qəbul ola bilməyiblər? - SƏBƏB AÇIQLANDI
Bölmə adı Xəbərlər
Yayımlandı 15 Aprel 2026, 12:16

“Əsas məqsədimiz yüksək akademik göstəricilərə malik olan gənclərin bu proqramdan faydalanmasıdır”.

Aztəhsil.az xəbər verir ki, bunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na sənəd qəbulu ilə bağlı jurnalistlərə açıqlamasında Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov deyib.

O qeyd edib ki, yüksək göstəriciləri olan namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Hər iki mərhələdən müvəffəqiyyətlə keçənlərin göstəriciləri eyni olarsa, o zaman onların reytinqlər üzrə dil biliyi səviyyəsi yoxlanılır və qiymətləndirmə yüksəkdən aşağıya doğru aparılır. Ötən illərdə yüksək bal toplayan bəzi gənclərin DP-yə qəbul olmaması buna görə baş verib. Bu proqramın qaydalarında xüsusi göstərişlər mövcuddur”,- deyə o vurğulayıb.

goc.edu.az