Mina partlayışında həlak olan Muğan musiqi müəllimi imiş

Mina partlayışında həlak olan Muğan musiqi müəllimi imiş
Bölmə adı Xəbərlər
Yayımlandı 15 Aprel 2026, 13:08

Dünən Füzulidə mina partlayışı nəticəsində həlak olan ANAMA əməkdaşı Muğan Mətili musiqi müəllimi imiş.

Mərhumun qohumu Anar Əliyev Aztəhsil.az- a bildirib ki, Muğan iki ildir müəllimlikdən uzaqlaşaraq ANAMA-da çalışmağa başlayıb.

Qeyd edək ki, M.Mətili ailəli idi və iki övladı yadigar qalıb.

goc.edu.az