Tibb Universitetinə YENİ mətbuat katibi təyin olunub

Tibb Universitetinə YENİ mətbuat katibi təyin olunub
Bölmə adı Xəbərlər
Yayımlandı 15 Aprel 2026, 14:13

Azərbaycan Tibb Universitetinin(ATU) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.

Aztəhsil.az saytı xəbər verir ki, Universitetin rektoru, professor Gəray Gəraybəylinin əmri ilə bu vəzifəyə jurnalist Həqiqət İsabalayeva təyin edilib.

Əmək fəaliyyətinə jurnalist olaraq, müxtəlif dövri mətbuat orqanlarında başlayan Həqiqət İsabalayeva bir müddət “Kaspi” gündəlik ictimai-siyasi qəzetində calışıb.

Daha sonra bir cox dövlət qurumlarında, o cümlədən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində (məsul katib), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (redaktor), Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (Maarifləndirmə şöbəsinin müdiri) fəaliyyət göstərib. Təyinata qədər sonuncu iş yeri Bakı Mühəndislik Universiteti olub.

goc.edu.az