Dövlət İmtahan Mərkəzində fevralın 28-də TOEFL iBT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində fevralın 28-də TOEFL iBT imtahanı keçiriləcək
Bölmə adı Yerli xəbərlər
Yayımlandı 26 Fevral 2026, 12:41

28 fevral 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək.

İştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

//dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt

goc.edu.az