RFO-nun yarımfinal turunun nəticələri AÇIQLANDI

RFO-nun yarımfinal turunun nəticələri AÇIQLANDI
Bölmə adı Xəbərlər
Yayımlandı 11 Mart 2026, 14:48

Respublika Fənn Olimpiadaları (RFO) çərçivəsində Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri daxil olmaqla 7 fənn üzrə təşkil edilən yarımfinal turunun nəticələri açıqlanıb.

Aztəhsil.az xəbər verir ki, şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.

Respublika Fənn Olimpiadalarının yarımfinal turunun nəticələri ilə bağlı müraciətlər 3 iş günü ərzində (16 mart saat 15:00-a qədər) qəbul edilir. Müraciətlər [email protected] elektron ünvanına yazılı şəkildə göndərilməlidir.

Qeyd edək ki, final turunun aprel ayının ikinci yarısında təşkil edilməsi planlaşdırılır. Bununla bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.

goc.edu.az