Karantin rejiminin müddəti yenə uzadıldı

Karantin rejiminin müddəti yenə uzadıldı
Bölmə adı Xəbərlər
Yayımlandı 16 Mart 2026, 13:00

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Aztəhsil.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 iyul saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, buna qədər bu müddət 2026-cı il 1 aprel saat 06:00-dək olan dövrü əhatə edib.

goc.edu.az