Vətəndaş müraciətlərinin statistikası

Vətəndaş müraciətlərinin statistikası
Bölmə adı Xəbərlər
Yayımlandı 16 Mart 2026, 15:50

Martın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 16 991 vətəndaş müraciəti daxil olub.
 
Müraciətlərin 2 396-sı elektron qaydada, 1 080-i yazılı formada, 10 879-u çağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 2 636 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb.
 
Daxil olan müraciətlər əsasən şagird yerdəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat, olimpiada və müsabiqələr, xarici diplomların tanınması və digər təhsil məsələləri ilə bağlı olub.

goc.edu.az