Qazax məktəblisi Azərbaycan çempionu oldu

Qazax məktəblisi Azərbaycan çempionu oldu
Bölmə adı Xəbərlər
Yayımlandı 16 Mart 2026, 18:56

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi Nuray Əbilova uğur qazanıb.

Aztəhsil.az xəbər verir ki, Nuray Əbilova 53 kq çəki dərəcəsində iki hərəkətin cəmində 138 kq (60 kq + 78 kq) nəticə göstərərək I yerə layiq görülüb və Azərbaycan çempionu adını qazanaraq qızıl medal əldə edib.

Qeyd edək ki, bu, Nuray Əbilovanın ilk uğuru deyil. O, 2025-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medala layiq görülüb.

goc.edu.az