Martın 16-da Qazaxıstanın Almatı Menecment Universitetinin prezidenti Asılbek Kojaxmetov və universitetin dekanı, beynəlxalq təhsil eksperti Kseniya Yujaninova Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.
Aztəhsil.az xəbər verir ki, qonaqlarla görüşən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov onlara universitet haqqında ətraflı məlumat verib.
O, iki ali təhsil müəssisəsi arasında perspektiv əməkdaşlıq imkanlarının genişləndirilməsinin qarşılıqlı faydalı olacağını vurğulayıb.
Onlar kompüter otaqları və digər tədris məkanlarına baxış keçirərək universitetin maddi-texniki bazası ilə yaxından tanış olublar.