Martın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransanın Strasburq Universitetinin prezidenti Frédérique Berrod ilə görüş keçirilib.
Aztəhsil.az xəbər verir ki, ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, o cümlədən universitetin prorektorları və struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) ikili diplom proqramının icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı UFAZ-ın transmilli təhsil sahəsində unikal model olduğu vurğulanıb. Eyni zamanda, UFAZ məzunlarının əldə etdikləri uğurlar, onların karyera inkişafı, eləcə də hazırda həm ADNSU-da, həm də UFAZ-da pedaqoji və elmi-tədqiqat fəaliyyətinə cəlb olunmaları barədə məlumat verilib.
ADNSU-ya ilk dəfə səfər edən qonaq görüşdən sonra universitetin Tarix və Mineralogiya muzeyləri, eləcə də ADNSU və UFAZ-ın tədris binaları ilə tanış olub.
O, tədris və elmi- tədqiqat mühitini, laboratoriyalarda yaradılan şəraiti və aparılan elmi-tədqiqat işlərini yüksək qiymətləndirib.