X qrant müsabiqəsinə sənəd qəbulu başlayır

X qrant müsabiqəsinə sənəd qəbulu başlayır
Bölmə adı Layihələr
Yayımlandı 19 Mart 2026, 09:35

Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsini elan edir. Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.

Aztəhsil.az xəbər verir ki, Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 13.04.2026-cı il tarixindən başlayaraq 30.04.2026-cı il tarixi də daxil olmaqla www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək. 

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz:

//edu.gov.az/uploads/elan/2026/03/elan-X-qrant.pdf

goc.edu.az