Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin Biostatistika və ekonometrika üzrə baş müəllimi Nicat Qasım Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Nicat Qasım "Zamana görə dəyişən əmsal modellərinin proqnoz performansı ilə bağlı müqayisəli tədqiqat" mövzusunda dissertasiya işini uğurla müdafiə edib.