İsrail qızlar məktəbinə hücum edib

İsrail qızlar məktəbinə hücum edib
Bölmə adı Xəbərlər
Yayımlandı 22 Mart 2026, 09:41

İsrail qüvvələri işğal altında olan Fələstin torpaqlarında, Nablusdakı Lubban əl-Şərqiyyə qızlar məktəbinə hücum ediblər.

Aztəhsil.az xarici mətbuata istinadən xəbər verir ki, WAFA-nın məlumatına görə, qüvvələr məktəbin əsas qapısını sındıraraq binaya daxil olublar.

Hücum zamanı məktəbin müxtəlif hissələrinə ziyan dəydiyi və Fələstin bayrağının təsvir olunduğu bayraq dirəyinin dağıdıldığı bildirilib.

Şəhərin Təhsil və Təlim üzrə Baş Direktoru Samir əl-Cəmal məsələyə münasibət bildirərək müvafiq qurumları və beynəlxalq ictimaiyyəti hücumların qarşısını almağa və təhsil müəssisələrini qorumağa çağırıb

goc.edu.az