- “Şəhərsalma və Memarlıq ili” çərçivəsində keçirilən müsabiqənin məqsədi gənclərin innovasiyayönümlü potensialının üzə çıxarılması, komanda quruculuğu bacarıqlarının təkmilləşdirilməsi, şəhərsalma və memarlıq sahəsində süni intellekt əsaslı yanaşmaların təşviqi və ölkəmizdə innovasiya ekosistemində iştirakçılığın artırılmasıdır.
- Müraciət edən gənclər arasından yekunda 120 nəfər müsabiqə iştirakçısı seçiləcək və onlar əsasında komandalar formalaşdırılacaq.
- “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsində iştirakçılar 9 saat ərzində xüsusi mentorların iştirakı ilə komanda katalizatoru sessiyaları, panel müzakirələri, süni intellekt üzrə workshoplar, hakaton, intellektual rinq və layihələrin təqdimatından ibarət komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparacaqlar.
Nəticələrə uyğun olaraq qaliblər mükafatlandırılacaq.
Müsabiqə çərçivəsində şəhər mühitində sosialyönümlü və real tətbiq potensialına malik süni intellekt əsaslı rəqəmsal həll konseptlərinin hazırlanması, şəhər planlaşdırılması, nəqliyyat, ekoloji balans və ictimai məkanların idarə olunması istiqamətində gənclərin innovativ yanaşmalarının formalaşdırılması nəzərdə tutulur.
Qeydiyyat üçün:
//form.jotform.com/260603444340447
Qeydiyyat üçün son tarix: 04.04.2026