May ayında həftə sonları da daxil olmaqla 14 gün qeyri-iş günü olacaq.
Aztəhsil.az- ın xəbərinə görə, 9 May – faşizm üzərində Qələbə Günü həftənin şənbə gününə təsadüf etdiyinə görə, mayın 11-i də qeyri-iş günü olacaq.
Bu il Azərbaycanda Qurban bayramı 27-28 may tarixlərinə təsadüf edəcək. Həmçinin 28 May - Müstəqillik Günü də qeyri-iş günü olduğuna görə, 29 may tarixində də iş olmayacaq