Elmar Qasımov: BANM-də hazırda 24 ölkədən əcnəbi tələbə təhsil alır

Elmar Qasımov: BANM-də hazırda 24 ölkədən əcnəbi tələbə təhsil alır
Bölmə adı Xəbərlər
Yayımlandı 11 İyun 2026, 10:50

"BANM-də tədris olunan ixtisaslar qısa müddətdə xarici ölkələrdən olan gənclərin də böyük marağına səbəb olub. Hazırda Bakı Ali Neft Məktəbində 200 əcnəbi tələbə təhsil alır".

"Aztəhsil.az" xəbər verir ki, bunu BANM-in rektoru Elmar Qasımov söyləyib.

O bildirib ki, onlar Özbəkistan, Konqo, Rusiya, Gürcüstan, Somali, Türkiyə, Banqladeş, Qazaxıstan, Hindistan, Pakistan, Çin, Türkmənistan, Yəmən, İraq, Burundi, Çad, Şri-Lanka, Toqo, Qırğızıstan, Sudan, Tanzaniya, Kot-d'İvuar, Müqəddəs Lusiya və Misiri təmsil edirlər:

"BANM ildən-ilə beynəlxalq tələbələrin seçim etdiyi və xarici gəncləri özünə cəlb edən nüfuzlu ali təhsil müəssisəsinə çevrilir.

BANM yalnız yüksəkkeyfiyyətli mühəndis və mütəxəssis hazırlığı ilə deyil, eyni zamanda multikultural və beynəlxalq tələbə mühitinin formalaşdırılması ilə də fərqlənir. Xarici tələbələr universitetin akademik və ictimai həyatında fəal iştirak edir, müxtəlif mədəniyyətlərin qarşılıqlı inteqrasiyasına töhfə verirlər".