Azərbaycanda 16 yaşında beynəlxalq Red Hat sertifikatı alan ilk gənclərdən olan əkiz bacı-qardaş — Dilarə Məmmədzadə və Səyadulla Məmmədzadə növbəti böyük uğurlarına imza atıblar.
Aztehsil.az xəbər verir ki, eyni məktəbdə, eyni sinifdə təhsil alan bacı-qardaş beynəlxalq olimpiadalarda qazandıqları uğurlarla da seçiliblər.
Dilarə Məmmədzadə “Sıfırdan RHCSA” kitabının müəllifidir və beynəlxalq olimpiadalarda qızıl, gümüş, bürünc medallara layiq görülüb. Səyadulla Məmmədzadə isə riyaziyyat olimpiadalarında qazandığı qızıl medallarla ölkəmizi dəfələrlə uğurla təmsil edib.
Onlar dünyanın müxtəlif nüfuzlu universitetlərindən qəbul alıblar:
• Drexel University — Computer Science | 50.000$ təqaüd
• UMass Boston — Computer Science | 24.000$ təqaüd
• Long Island University — Computer Science | 44.000$ təqaüd
• Hampton University — Computer Science
• Jiaotong-Liverpool University — Information Management and Information Systems
• Riga Technical University — Finance Management Information Systems
• Vilnius Tech — Cybersecurity
Ən maraqlı məqamlardan biri isə odur ki, əkiz bacı-qardaş sonda eyni universiteti və eyni ixtisası seçiblər. Dilarə Məmmədzadə və Səyadulla Məmmədzadə hər ikisi Vilnius Tech universitetinin Cybersecurity ixtisasında təhsil alacaqlar.
Gənclərimizə gələcək həyat və təhsil yollarında uğurlar arzulayırıq!