Vüsal Xanlarov: Diplomların elektron formatda verilməsinə başlanılıb

Vüsal Xanlarov: Diplomların elektron formatda verilməsinə başlanılıb
Bölmə adı Xəbərlər
Yayımlandı 15 İyul 2026, 12:44

Azərbaycanda təhsil sənədlərinin elektron formatda təqdim olunması istiqamətində işlər yekunlaşmaq üzrədir və ilk elektron diplom artıq məzunlara təqdim edilib.

"Aztəhsil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, ilk elektron diplom peşə təhsili üzrə məzunlara verilib:

“Sistem elə qurulub ki, təhsil müəssisəsi məzunun məlumatlarını təsdiqləyib elektron imza ilə imzaladıqdan sonra diplom avtomatik formalaşdırılır. Yaxın vaxtlarda elektron sertifikatlar və attestatlar da vətəndaşlar üçün “Mygov” platformasında əlçatan olacaq”.