Azərbaycanda beynəlxalq standartlara uyğun yeni IT kadrların hazırlanması layihəsinə başlanılıb.
Bu məqsədlə, Kontakt və Div Academy birgə "Gələcəyi Yazanlar" adlı iri miqyaslı təqaüd proqramını elan edib.
Kontakt x Div Academy tərəfdaşlığı ilə həyata keçirilən bu proqramda iştirakçılar Kibertəhlükəsizlik, Süni intellekt mühəndisliyi, Data Science, Proqramlaşdırma, Rəqəmsal marketinq, IT Biznes analitik və s. kimi innovativ sahələrdə 50% və 40% təqaüdlü təhsil alma imkanı qazanacaq.
Həssas əhali qrupundan 20 nəfər isə 100% təqaüdlə təhsil alacaq.
Təqaüd toplam 500 nəfəri əhatə edəcək.
Qeyd edək ki, Div Academy illərdir ölkədə rəqəmsal kadrların hazırlanması ilə məşğuldur və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən xüsusi lisenziyalı təhsil müəəsisidir. Proqramı uğurla bitirən məzunlara müvafiq diplom təqdim olunacaq!
Layihədə iştirak üçün rəsmi saytda qeydiyyatdan keçmək mütləqdir: