Rəngkarlıq üzrə qabiliyyət imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

Rəngkarlıq üzrə qabiliyyət imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!
Bölmə adı Xəbərlər
Yayımlandı 10 İyul 2026, 22:04

Təsviri sənət istiqamətinin 15-ci komissiyası üzrə rəsm fənnindən müsbət qiymət almış abituriyentlər (subbakalavrlar) rəngkarlıq fənni üzrə imtahanda iştirak etmək üçün imtahana buraxılış vərəqələrini buradan çap edə bilərlər. 

Bu barədə "Aztəhsil.az" a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Buraxılış vərəqəsində  imtahanın keçiriləcəyi tarix, yer və saat  göstərilir. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

- Qabiliyyət imtahanına buraxılış vərəqəsi.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz. 

Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olunduqca cədvələ əlavə ediləcək.