İcma əsaslı məktəbəqədər təhsil qrupları üçün müəllim (tərbiyəçi) vakansiyası elan olunur.
"Aztəhsil.az" xəbər verir ki, 2026–2027-ci tədris ili üçün müəllim (tərbiyəçi) seçiminə başlanılır.
Bu ildən etibarən müraciətlər yalnız elektron platforma üzərindən qəbul ediləcək.
Müraciət etmək üçün:
– İşə qəbul portalına daxil olun;
– Özünüzə şəxsi kabinet yaradın;
– Məlumatlarınızı sistemə daxil edin;
– Uyğun vakansiyanı seçərək müraciətinizi tamamlayın.
Şəxsi kabinetin yaradılması və müraciət qaydası ilə bağlı təlimat videosu hazırlanıb. Müraciət etməzdən əvvəl videonu izləməyiniz tövsiyə olunur.
Seçim zamanı aşağıdakı namizədlərə üstünlük veriləcək:
– Məktəbəqədər təhsil, ibtidai təhsil, pedaqogika, psixologiya və digər uyğun ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili olanlara;
– Məktəbəqədər yaşlı uşaqlarla işləmək təcrübəsinə malik olanlara;
– Vakansiya elan olunan yaşayış məntəqəsində və ya həmin icmada yaşayan namizədlərə;
– Ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı yüksək olanlara;
Müraciət zamanı bütün məlumatlarınızı düzgün və tam şəkildə daxil edin. Yanlış və ya natamam məlumatlar müraciətinizin etibarsız hesab edilməsinə səbəb ola bilər.
İşə qəbul portalına keçid: //vakansiya.ilk5il.az/
Təlimat videosu: //youtu.be/aq5DUIYCXXs