BANM-in tələbə və müəllimləri layihələri ilə 860 min manatdan çox vəsait qazanıb

BANM-in tələbə və müəllimləri layihələri ilə 860 min manatdan çox vəsait qazanıb
Bölmə adı Xəbərlər
Yayımlandı 6 İyul 2026, 09:38

Bakı Ali Neft Məktəbinin (BANM) tələbə və müəllimləri son 1 ildə innovasiya yönümlü layihə və yarışlardan 860 min 811 manat məbləğində vəsait əldə edib. 

BANM müəllimlərinin mentorluğu ilə tələbələrindən ibarət 40-a yaxın komanda yerli və beynəlxalq müsabiqələr və hakatonların qalibi olub. 

Qalib komandalarımızın əldə etdiyi vəsaitlərin bölgüsü belədir:

İnvestisiyalar - 570 min 900 manat, 

Mükafatlar - 163 min 737 manat

Qrant - 126 min 174 manat