Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın himayəsi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, beynəlxalq miqyasda tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə keçirilən "FotoBax" milli fotomüsabiqəsinə müraciətlər davam edir.
"Aztəhsil.az" xəbər verir ki, müsabiqənin əsas məqsədi uşaqlar və gənclər arasında ekoloji şüuru artırmaq, onların ölkəmizin təbiətinə olan marağını və sevgisini gücləndirmək, həmçinin fotoqrafiya vasitəsilə öz fikirlərini ifadə etmələrinə şərait yaratmaqdır.
Müsabiqədə iştirak etmək üçün çəkdiyiniz 20-yə qədər fotoşəkli 21 sentyabr tarixinədək www.fotobax.az saytı üzərindən təqdim edə bilərsiniz.
Müsabiqədə 18 yaşadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.