15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində tələbələr arasında keçirilən Avropa Universitet Oyunlarında Azərbaycanı futzal üzrə Azərbaycan İdman Akademiyasının komandası təmsil edir.
Komandamız iyulun 15-də İtaliyaya yola düşüb və yarışdakı ilk oyununda Almaniya təmsilçisini 6:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.