Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb

Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb
Bölmə adı Xəbərlər
Yayımlandı 25 May 2026, 12:22

 

II və III qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin II cəhdi iyulun 5-də keçiriləcək.

Aztəhsil.az xəbər verir ki, I və IV qruplar üzrə isə qəbul imtahanı, həmçinin coğrafiya fənni üzrə isə əlavə imtahan iyulun 12-də olacaq.

Sözügedən imtahanlara qeydiyyat 1-8 iyun tarixlərində aparılacaq.

 

goc.edu.az