2025/2026-cı tədris ili üzrə Respublika fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimləri 9–11 iyun 2026-cı il tarixlərində keçiriləcək.
Bu barədə Aztəhsil.az- a Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, mükafatların təqdim edilməsi aşağıdakı universitetlərdə baş tutacaq:
9 iyun 2026-cı il
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
– Kimya
– Fizika
– Biologiya
10 iyun 2026-cı il
ADA Universiteti
– Riyaziyyat
– İnformatika
11 iyun 2026-cı il
Bakı Dövlət Universiteti
– Azərbaycan dili
– Coğrafiya
– Tarix
Bütün tədbirlər saat 16:00-da başlayacaq. Qalib şagirdlərin tədbir məkanında ən gec saat 15:00-da, ADA Universitetində keçiriləcək mərasim iştirakçılarının isə universitet turu ilə əlaqədar olaraq ən gec saat 14:30-da olmaları xahiş edilir.
Şagirdlər tədbirdə məktəbli formasında iştirak etməlidirlər. Tədbir məkanlarına giriş şəxsiyyət vəsiqəsi əsasında mümkün olacaq.