BMU-nun 5 tələbəsi “Vergilər” mövzusunda olimpiadanın finalında

BMU-nun 5 tələbəsi “Vergilər” mövzusunda olimpiadanın finalında
Bölmə adı Xəbərlər
Yayımlandı 3 İyun 2026, 11:54

Bakı Mühəndislik Universitetində (BMU) “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turu keçirilib.

Universitetdən Aztəhsil.az-a bildirilib ki, Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlığı çərçivəsində təşkil olunan olimpiadanın məqsədi ali təhsil müəssisələrinin tələbələri arasında vergi mədəniyyətinin təşviqi, maliyyə savadlılığının artırılması və vergi sahəsinə marağın gücləndirilməsidir.

İki mərhələdən -seçim və final turlarından ibarət olan olimpiadanın BMU-da keçirilən seçim mərhələsində 21 nəfər iştirak edib. Nəticələrə əsasən, 5 tələbə final turunda iştirak etmək hüququ qazanıb.

Final mərhələnin 12-14 iyun 2026-cı il tarixlərində Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində keçirilməsi nəzərdə tutulur. 

Olimpiadanın yekununda qaliblər müəyyən edilərək mükafatlandırılacaq, iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.

goc.edu.az