Tələbə və məzunlar üçün rəqəmsal layihələrdə təcrübə imkanı

Tələbə və məzunlar üçün rəqəmsal layihələrdə təcrübə imkanı
Bölmə adı Xəbərlər
Yayımlandı 28 May 2026, 21:08

4SİM rəqəmsal iqtisadiyyat sahəsində həyata keçirilən layihələrdə iştirak etmək istəyənlər üçün 3 aylıq yay təcrübə proqramı elan edir.

 Aztəhsil.az xəbər verir ki, aşağıda qeyd olunan istiqamətlərdə bilik və bacarıqlara malik tələbələr və yeni məzun olmuş gənclər proqramda iştirak üçün müraciət edə bilərlər.

 • Mobil tətbiq tərtibatı – SwiftUI, Kotlin, C#, .NET, PostgreSQL; • IT layihə koordinatorluğu;

• Frontend tərtibatı – HTML, CSS, JavaScript, TypeScript, React, Git; • Data analitikası – Power BI, Python, Web Scraping, ETL;

• SMM – Photoshop, Canva; • Layihələrin hesabatlılığı;

• Kontent yaradıcılığı və rəqəmsal marketinq;

• Ümumi bacarıqlar: problem həll etmə, tədqiqat, analitik düşüncə, çeviklik və Microsoft Office bacarıqları;

• Tədqiqat və analitika: tədqiqat metodologiyası, analitik təhlil və düşüncə, məlumat mənbələrinin qiymətləndirilməsi, tədqiqat sənədlərinin hazırlanması, İngilis dili (B2+).

Qeyd: Təcrübə proqramını uğurla bitirən namizədlərə sertifikat veriləcək. Proqram hibrid formada həyata keçiriləcəkdir. Seçilmiş namizədlərə 4SİM tərəfindən bildiriş göndəriləcəkdir.

Müraciət üçün: //forms.gle/76HjV7FroGDbCpFC9

Son müraciət tarixi: 8 iyun 2026-cı il.

goc.edu.az