Aşağı bal verildiyi üçün Universiteti məhkəməyə verən tələbənin balı artırıldı - Universitet cərimə ödəyəcək

Aşağı bal verildiyi üçün Universiteti məhkəməyə verən tələbənin balı artırıldı - Universitet cərimə ödəyəcək
Bölmə adı Xəbərlər
Yayımlandı 8 May 2026, 21:15

Müəllim 40 verdi, məhkəmə 62 dedi! TƏLƏBƏ, BAÜ-YƏ QARŞI AÇDIĞI MƏHKƏMƏ İŞİNİ QAZANDI

Aztehsil.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.Balıkesir Universiteti Ədəbiyyat və Təbiət Elmləri fakültəsinin tələbəsi Seda Nur Kayanın açdığı qiymət işi ilə bağlı diqqətçəkən qərar çıxıb. İmtahan vərəqəsinin ədalətli qiymətləndirilmədiyini iddia edərək məhkəməyə müraciət edən Kayanın imtahan işi ekspert tərəfindən yenidən araşdırılıb. Məhkəmə tələbənin qiymətinin 40 deyil, 62 olması lazım olduğuna qərar verərək qiymətləndirmə əməliyyatını ləğv edib.

Qərarda həmçinin təxminən 41 min türk lirəsi məbləğində məhkəmə və vəkillik xərclərinin universitet rəhbərliyi tərəfindən ödənilməsinə hökm verilib.