BŞTİ: Mayda 12802 müraciət daxil olub

BŞTİ: Mayda 12802 müraciət daxil olub
Bölmə adı Xəbərlər
Yayımlandı 3 İyun 2026, 11:57

May ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 12 802 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Bu barədə Aztəhsil.az-a BŞTİ-dən məlumat verilib.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 9 059 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1 619 müraciət daxil olub.

BŞTİ-yə 1 902 sənəd (vətəndaşlar tərəfindən 497 ərizə, Elm və Təhsil Nazirliyindən 349, digər qurumlardan 326, tabelikdə olan təhsil müəssisələrindən 473 məktub və 257 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 222 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

goc.edu.az