Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən Qərbi Azərbaycanla bağlı ikicildlik ensiklopediya hazırlanır.
Aztəhsil.az xəbər verir ki, bunu "Qərbi Azərbaycana qayıdış: Milli ideyanın yeni mərhələsi kimi" I Beynəlxalq Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsə Həbibbəyli deyib.
İ.Həbibbəyli qeyd edib ki, alimlər tərəfindən bu istiqamətdə işlər davam etdirilir: "AMEA-da Qərbi Azərbaycanla bağlı ilk dissertasiya işləri tamamlanmaq üzrədir".
AMEA prezidenti vurğulayıb ki, Qərbi Azərbaycanla bağlı kitabxananın yaradılmasına xüsusi diqqət yetirilir:
"Azərbaycan Milli Elmlər Akademiyası bu istiqamətdə Qərbi Azərbaycan İcmasına dəstək göstərir".