Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır.

Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır.
Bölmə adı Xəbərlər
Yayımlandı 29 May 2026, 17:21

Elm və Təhsil Nazirliyi və “OpenAI” əməkdaşlığı çərçivəsində “Rəqəmsal məktəb” layihəsi üzrə süni intellekt əsaslı adaptiv öyrənmə platforması hazırlanacaq. Platforma 500 mindən çox şagird üçün fərdiləşdirilmiş öyrənmə imkanları yaradacaq, müəllimlərə isə real vaxt rejimində tədris göstəricilərini izləməyə imkan verəcək.

Layihə milli kurikuluma uyğun, müəllim nəzarəti və məlumatların qorunması prinsipləri əsasında mərhələli şəkildə tətbiq olunacaq.

goc.edu.az