"Sosial Tərəfdaş" Yay Təcrübə Proqramına Qeydiyyat Başladı

"Sosial Tərəfdaş" Yay Təcrübə Proqramına Qeydiyyat Başladı
Bölmə adı Xəbərlər
Yayımlandı 4 İyul 2026, 14:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "Sosial Tərəfdaş" layihəsi çərçivəsində yay təcrübə proqramına qeydiyyat açıqdır.

Bu proqram sosial sahəyə maraq göstərən tələbə və yeni məzunlar üçün real layihələrdə iştirak etmək, praktiki bacarıqlar qazanmaq və peşəkar inkişaflarını sürətləndirmək imkanı yaradır.

Proqram çərçivəsində əldə edəcəksiniz:

- Sosial layihələrin təşkili və icrasında praktiki təcrübə

- Komanda işi və ünsiyyət bacarıqlarının inkişafı

- Rəsmi sertifikat əldə etmək imkanı

- CV üçün təcrübə və tövsiyə məktubu imkanı

Qeydiyyat linki: //lnkd.in/eF4_p9Jw