"İslahat Könüllüləri" Proqramına Qeydiyyat Açıqdır

"İslahat Könüllüləri" Proqramına Qeydiyyat Açıqdır
Bölmə adı Layihələr
Yayımlandı 30 Mart 2026, 23:26

Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən həyata keçirilən “İslahat Könüllüləri” proqramına müraciətlər davam edir.

Proqram gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, iqtisadi, analitik və sosial sahələrdə praktiki təcrübə qazanmaları məqsədi daşıyır. İştirakçılar müxtəlif departamentlərdə real iş mühitində fəaliyyət göstərmək imkanı əldə edirlər.

Proqram üzrə fəaliyyət istiqamətləri:

  1. İqtisadi təhlil

  2. İnformasiya texnologiyaları

  3. İctimaiyyətlə əlaqələr

  4. İnsan resursları

  5. Strateji planlaşdırma

  6. İnnovativ layihələr

Əlavə məlumat:

  1. Proqram müddəti: 3 ay

  2. Proqramın sonunda iştirakçılara sertifikat təqdim olunur

Qeydiyyat üçün:
//volunteer.ereforms.gov.az/az/be-volunteer

goc.edu.az