Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı aprelin 5-də keçiriləcək.
Aztəhsil.az xəbər verir ki, şagirdlər və ya onların valideynləri “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından ( //e-gov.az/az/services/read/2516/2 ) çap edə bilərlər.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.
Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:
- şәxsiyyәt vәsiqәsini (vəsiqədə şəkli olmayan şagirdlər tәhsil aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa şagirdin 3x4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir));
- imtahana buraxılış vәrәqәsini.
İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan (//eservices.dim.gov.az/BRXV/YaddasKitab/yaddas_kitab_s1.pdf%20) tanış olmaq mümkündür.