Qərbi Kaspi Universitetində məsələ ilə bağlı Aztehsil.az-ın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
"Sözügedən özəl ali təhsil müəssisəsinə məsələnin həlli istiqamətində müvafiq tövsiyələr verilib. Nəticə barədə ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq. Məlumat üçün bildiririk ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrdən təhsil haqqı formasında hər hansı ödənişin tələb olunması qanunaziddir. Dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqları dövlət tərəfindən müvafiq qaydada təhsil müəssisələrinə ödənilir. Bu baxımdan, nə dövlət, nə də özəl ali təhsil müəssisəsi tələbədən həmin ödənişin hər hansı bir hissəsini tələb edə bilməz", - deyə məlumatda vurğulanıb.